ABŞ-da qadınları fahişəliyə cəlb edən erməniyə hökm oxundu
Mqer “Mayk” Akopyan, onun həyat yoldaşı Natalya Muravyovaya və keçmiş həyat yoldaşı Alla Kasyanovaya hökm çıxarılıb.
Oxu.Az “Novosti Armenii”ya istinadən xəbər verir ki, onlar Cənubi Kaliforniyada qadınları fahişəliyə cəlb etməkdə ittiham edilirlər.
Günahlarını etiraf etdikləri səbəbindən müttəhimlər az cəza alıblar: Natalya Muravyovaya 1 il şərti, Kasyanova 2 il, Akopyan isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Daha öncə ABŞ-ın miqrasiya və gömrük polis idarəsinin mətbuat xidməti məlumat yaymışdı ki, Cənubi Kaliforniya sahibi Mqer “Mayk” Akopyan və onun arvadı Natalya Muravyova 2002-ci ildə Cənubi Kaliforniya şəhərlərində işləmək üçün Şərqi Avropadan fahişələri cəlbetmə faktə üzrə saxlanılıblar. Hər iki şübhəli bilinən girov haqqı olmadan həbsxanaya yerləşdirilib.
Dövlət ittihamına əsasən, cinayətkarlar Pribaltika və Rusiyadan olan qızlara vizadan imtina proqramının qeydiyyatında yardım edirdilər, bu zaman qızlar ABŞ-a viza almadan turistik və ya işgüzar səfərlər edə bilirdilər.
Bu proqram sayəsində bəzi ölkələrin vətəndaşları 90 gün müddətinə ABŞ ərazisində ola bilirdilər. Qızlar ölkəyə gəldikdə isə cinayətkarlar onları fahişəliklə məşğul olmağa məcbur edirdilər.
Bu ittihamlar Alla Kasyanova adlı şəxsə qarşıda irəli sürülüb, onun sonradan Akopyanın keçmiş həyat yoldaşı olması üzə çıxıb.
Ailə cütlüyü Los-Anceles aeroportunda iki latviyalı qızı qarşılayarkən saxlanılıblar. Belə ki, qızlar nə gəldikləri yer, nə də ki ABŞ-a hansı məqsədlə gəlmələrinə dair sadə suallara cavab verə bilməyiblər. Bundan başqa, Moskvadan gələn qızların baqajında gömrük əməkdaşları “fahişələrə məxsus əşyalar” – prezervativlər, müxtəlif infeksiyaların yayılmasının qarşısını alan medikomentlər, eləcə də digər seks-atributlar tapıblar.
Gömrük xidməti qızları növbəti reyslə Rusiyaya yollayıb, bu isə aeroporta dəbdəbəli “Kadilak”da gələn Akopyanı özündən çıxarıb. Xüsusi xidmət əməkdaşları erməninin və onun rus arvadının şübhəli biznesini izləməyə başlayıblar. 10 ay sürən təqibdən və “obyektlərin” öyrənilməsindən sonra Los-Anceles prokurorluğu hər üç şübhəliyə qarşı mütəşəkkil fahişəlik üzrə ittiham irəli sürüb.
Akopyan öz cinayətkar qrupu ilə Latviya və Rusiyadan ABŞ-a 20 yaş həddində 14 rusdilli qız gətirib.
Mənbə:> Oxu.Az