Tovuzda şagirdi başından güllələyən tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Tovuzda şagirdi başından güllələyən tutuldu

Tovuzda şagirdi başından güllələyən tutuldu

Polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər.

Tovuzda orta məktəb şagirdini güllələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası (ov tüfəngindən açılmış güllə yarası üçün xarakterik olan) ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub. Ondan hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu orta məktəb şagirdidir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *