Sumqayıtda iki nəfəri güllələyən şəxs həbs edildi
Sumqayıtda avtomobilə atəş açan, iki nəfəri isə bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün əvvəl Zaur Bayramov və Aydın Əliyevə bıçaqla xəsarəti yetirərək hadisə yerini tərk etmiş Ceyhun Əliyev həbs edilib.
C.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci il dekabr ayının 24-də Sumqayıt şəhərinin ərazisində, şəhər sakini Ümüd Nəcəfovun idarə etdiyi “Toyota” markalı avtomobilə tüfəngdən atəş açması müəyyən edilib.
Mənbə:> Oxu.Az