Zaqatalada “avtoritet”i güllələyən şəxs həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Zaqatalada “avtoritet”i güllələyən şəxs həbs olundu

Zaqatalada “avtoritet”i güllələyən şəxs həbs olundu


Azərbaycan Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

KİV-də yayılan məlumata görə, hadisə zamanı yaralanan A.Həzrəyev və hadisəni törədən S.Kərimov kriminal aləmlə əlaqələri olan şəxslərdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *