İŞİD İraqda 150 nəfəri girov götürdü
İŞİD terror qruplaşması İraqın Əl-Fəluca şəhərində 150 yerli sakini girov götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı RİA Novosti agentliyi Sky News Arabia telekanalına istinadən verib.
Telekanalın məlumatına əsasən, terrorçular evlərdə axtarışlar aparıblar. İraq höküməti iddia edir ki, terrorçuları Əl-Fəlucada sıxışdırmağa başlayıblar.
İŞİD komandanlığının bəzi nümayəndələri şəhərdən qaçıblar. Bunula belə şəhərin mərkəzi hissəsi əvvəlki kimi yaraqlıların nəzarəti altındadır.
Mənbə:> Oxu.Az