Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu – FOTO

Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu


Bakı Apellyasiya Məhkəməsində Naxçıvan MR-nın sakini Cahangir Eyvazovun (1994-cü il təv.) CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2 (quldurluq, təkrar törədildikdə), 181.2.4 (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə, Ağdaş şəhər sakini Rəşad Dadaşzadənin (1993-cü il təv.) CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Cahangir Eyvazov 2013-cü ilin oktyabr ayında Facebook sosial şəbəkəsində Zəhra Cəfərova ilə tanış olaraq onu sevdiyinə inandırıb, mütəmadi olaraq görüşüb sonuncuya evlənəcəyini vəd edib.

Onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2014-cü ilin fevral ayında tezliklə qaytaracağı adı ilə “Koroğlu” metrostansiyasının yaxınlığında 600 manat dəyərində “Sony” və 520 manat dəyərində “HTC” markalı mobil telefonları, aprel ayında “Xalqlar Dostluğu” Ticarət mərkəzində 500 manat olan 2 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı, 2000 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 1000 manat dəyərində 1 ədəd qızıl qolbağını, həmçinin işlətdiyi avtoyuma məntəqəsində yaranmış çatışmazlıqları aradan qaldırmaq adı ilə Bakıxanov qəsəbəsində 500 manat, mayın 19-da Bakıxanov qəsəbəsində obyekt açaraq birgə işlətmək adı ilə 1500 manat pulu, ümumilikdə 6620 manat məbləğində özgə əmlakını ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, Zəhra Cəfərovaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.

Bundan sonra Cahangir Eyvazov cinayətkar əməllərini davam etdirərək tanışı Rəşad Dadaşzadə ilə 2014-cü il avqustun 16-da, gecə saat 3 radələrində vətəndaş Ələsgər Fətullayevi qarət ediblər.

Nəsimi rayonu, Xətai prospektində yerləşən 62 saylı binanın qarşısında Eyvazov diqqətini yayındırmaq üçün zərərçəkəndən alışqan istəyib, sonuncu ona alışqanı vermək istədikdə o qəflətən Fətullayevə yumruqla sifətinə bir zərbə endirib və şalvarının sağ cibindən 1000 manat pulunu ələ keçirib. Bununla da, onlar zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub quldurluq ediblər.

Avqustun 22-də Nəsimi RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cahangir Eyvazovu və Rəşad Dadaşzadəni həbs ediblər. Eyvazovun üzərindən axtarış zamanı 2 ədəd bıçaq aşkar edilib.

Məhkəmə prosesində Rəşad Dadaşzadə ittiham üzrə özünü təqsirli bilərək, Cahangir Eyvazovla dostluq etdiyini bildirib. 2014-cü ilin iyun-iyul aylarında Nərimanov rayonu ərazisində yerləşən “Labirint” kafesində qəlyançı, Ələsgər Fətullayev isə ofisiant işləyib. Sonuncunun əlində bir neçə dəfə çoxlu pul olduğunu görüb.

Avqust ayında işdən çıxandan sonra, maddi vəziyyəti pis olduğundan Ələsgərin pulunu ələ keçirmək fikrinə düşüb. Ayın 15-də Cahangirlə söhbət edərkən bu barədə sonuncuya bildirib və o da onun təklifi ilə razılaşıb. Fətullayevi izləyib, yaşadığı ünvanı dəqiqləşdirəndən sonra, səhərisi gün Ələsgərdən əvvəl ora yollanıblar.

Cahangir tində dayanıb, o isə nisbətən kənarda Fətullayevi gözləyib. Ələsgəri gördükdə dərhal Cahangirə zəng edib məlumat verib, ona görə sonuncu telefonu söndürüb, zərərçəkənə yaxınlaşıb ondan alışqan istəyib. Ələsgər ona alışqan vermək istəyərkən yumruqla çənəsindən bir dəfə möhkəm zərbə endirib və şalvarının cibindən pulu götürüb, “Şərq bazarı” istiqamətində qaçıb.

Sonradan Eyvazov ona zəng vurub, “Neftçilər” metrostansiyasının yaxınlığına gəlməsini deyib. Orada Cahangir ona Ələsgəri vurub 1000 manat pulunu götürdüyünü bildirib, lakin dostu həmin puldan ona heç nə verməyib. Dadaşzadə cinayəti imkansızlıq ucbatından törətdiyini, əməlindən peşman olduğunu bildirib.

Təqsirləndirilən Cahangir Eyvazov ifadəsində göstərib ki, Rəşad ona çatacaq pulu istədikdə, o pulun özündə qalacağını və birlikdə xərcləyəcəklərini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Eyvazov 12 il, Rəşad Dadaşzadə 10 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmdən məhkumların müdafiəçiləri apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən, Eyvazova 10 il, Dadaşzadəyə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu
Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu
Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu
Sevgilisinə “atan” və dostu ilə vətəndaşı qarət edən şəxsə rəhm olundu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *