Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan gömrükçüləri İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Abuzər Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Mənbə:> Oxu.Az