DİN-dən Aynarın kafesi ilə bağlı açıqlama – 8 nəfər həbs olunub
Daxili İşlər Nazirliyi "Nar" kafesində aparılan əməliyyatla bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.
Mənbə:> Qafqazinfo.az