Telefondakı qız şəkilinə görə dostunu öldürən şəxsə hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Telefondakı qız şəkilinə görə dostunu öldürən şəxsə hökm oxundu

Telefondakı qız şəkilinə görə dostunu öldürən şəxsə hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Mikail Daşdəmirovun (1994-cü il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il martın 17-i gecə saat 23 radələrində Mikail Daşdəmirov tanışı Kərim İdrisovım (1990-cı il təv.) 11-ci mikrorayonda yerləşən çayxanaya gəliblər, bir müddət sonra onların masa arxasında Vüqar və Ceyhun adlı tanışları əyləşiblər. Söhbət əsnasında Mikail özünə məxsus mobil telefonda olan tatu şəkillərini Kərimə göstərib, sonra isə sonuncu onun telefonunu götürüb, onlarla yanaşı orada olan qızların şəkillərinə baxmağa başalayıb. Qızlardan birinin şəkili İdrisovun xoşuna gəldiyi üçün o onunla Daşdəmirovdan maraqlanıb və həmin şəkili dostundan öz telefonuna göndərməsini xahiş edib. Lakin Mikail bundan imtina edib, qızın adının Mehriban olduğunu və onun şəkilini, söz verdiyi üçün heç kimə göndərə bilməyəcəyini deyib. Bundan bir neçə dəqiqə sonra Kərim gülümsəyərək, həmin şəkili artıq özünə göndərdiyini və onu sadəcə yoxlamaq istədiyini bildirib. Dostunun hərəkəti Mikaili özündən çıxarıb, sözlü mübahisədən sonra o İdrisovdan söyüşlə çölə çıxmasını tələb edib. Çayxanada təxminən 10-15 metr aralıda əlbəyaxa olublar, içəridən çıxan tanışları ilə onları ayırmağa çalışıblar, həddindən artıq qəzəblənən Mikail gödəkçəsinin cibindən açılıb-qatlanan bıçağı çıxararaq Kərimə çoxlu sayda zərbələr vurub. Sonra o hadisə yerindən qaçıb, qohumunun evində gəcələyərək səhər polis idarəsinə gəlib və təslim olub. Orada ona İdrisovun almış olduğu xəsarətlərdən Mərkəzi şəhər xəsəxanasına vəfat etməsi məlum olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Kərim İdrisovun ölümünə ağ ciyər və ürəyin zədələnməsindən irəli gələn kəskin qanitirmə səbəb olub.

Məhkəmə prosesində Mikail Daşdəmirov ittiham üzrə özünü təqsirli hesab edərək, törətdiyi əməlindən peşman olduğunu bildirib. Eyni zaman ifadəsində davanın Kərim İdrisovun onu qəzəblədirən hərəkətləri nəticəsində başladığını qeyd edib. Daşdəmirovun sözlərinə görə, o Kərimə dost kimi başa salıb ki, həmin qızın şəkilini ona göndərə bilməz. Buna baxmayaraq, sonuncu isə ondan xəbərsiz özbaşına həmin şəkili özünə köçürüb və sonra onu ələ salıb.

Zərərçəkən Əflatun İdrisov ifadəsində göstərib ki, təxminən gecə saat 00:30-da ona polis bölməsindən zən edən əməkdaş oğlunun yaralandığını və xəstəxanada olmasını deyib. Dərhal ailə üzvləri ilə ora yollandıqda, onlara Kərimin artıq keçinməsi haqda məlumat verilib. İstintaqda ona məlum olub ki, oğlunu Mikail Daşdəmirov, sonuncunun telefonunda olan hansısa qız şəklinə görə bıçaqlayaraq, qəsdən öldürüb. Zərərçəkən məhkəmədən təqsirləndirilən şəxsin CM-nin müvafiq maddəllərinin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə cəzalandırılmasını xahiş edib.

Məhkəmənin hökmü ilə M.Daşdəmirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *