Bakıda cəsarətli qarət
Nərimanov rayonunda mağazalardan birinə basqın olub.
AzNews.info xəbər verir ki, bu barədə Vesti.Az-a rayonun polis idarəsindən məlumat verilib.
Məlum olub ki, sentyabrın 16-da səhər saat 6-da naməlum şəxs Təbriz küçəsi 59 ünvanında yerləşən ərzaq mağazasına basqın edib. O, satıcının başına bir neçə dəfə vurub və 850 manatın olduğu kassanı boşaldıb.
Zərərçəkən 1956-cı il təvəüllüdlü Əlizadə Mahmud Bahadur oğlu bildirib ki, basqın edən şəxs maskada olmayıb.
Onun sözlərinə görə, bu yaxınlarda cinayətkar alıcı qismində mağazaya gəlib və Əlizadə onu yadında saxlayıb. Hazırda Əlizadənin ifadələri əsasında şübhəli şəxsin fotorobotu hazırlanır. Axtarışda olan şəxsin şəxsiyyəti hələ müəyyən olunmayıb.
Fakt üzrə istintaq aparılır.
Mənbə:> Vesti.az