Kütləvi zorlamada şübhəli bilinən azərbaycanlı kameralara düşdü – VİDEO
Bu ərəfədə həbs edilən, Moskvada 20 qadının zorlanmasında şübhəli bilinən Azərbaycan sakini Natiq Cəbrayılov cinayəti törətmədən öncə müşahidə kameralarına düşüb, Oxu.Az REN TV-yə istinadən xəbər verir.
Kadrlarda cavan adamın öz qurbanlarından birini evə qədər ötürməsi görünür. Onlar evin girəcəyinə yaxınlaşırlar və heç nədən şübhələnməyən xanım qapının şifrəsini yığır, bundan sonra binanın giriş qapısı açılır və cinayətkar qadınla bərabər içəri girir. Bir neçə dəqiqə sonra o, cinayət törədəcək.
Daha öncə polis ən azı 20 zorlamada şübhəli bilinən kişinin saxlanıldığını bildirmişdi. Bu cinayətlər son bir neçə il ərzində baş vermişdi. Seksual manyakın Qalyanovada sənəd yoxlanışı zamanı saxlanıldığı məlum olub. Asayiş keşikçilərində Tacikistan vətəndaşının saxta pasporta oxşayan sənədi şübhə yaradıb.
Daha sonra Natiq Cəbrayılov saxlanılıb, sentyabrın 5-də isə Moskvanın Preobrajensk məhkəməsi onun noyabrın 1-nə qədər həbs edildiyini bildirib.
Mənbə:> Oxu.Az