Türkiyədən Azərbaycana bahalı maşınlar gətirən TIR aşdı
![Türkiyədən Azərbaycana bahalı maşınlar gətirən TIR aşdı Türkiyədən Azərbaycana bahalı maşınlar gətirən TIR aşdı](http://www.anspress.com/images/photos/71267.jpg)
Türkiyədən Azərbaycana gətirilən bahalı avtomobillər yarıyolda qalıb.
ANS PRESS-in məlumatına görə, Kocaeli ərazisində hərəkət edən 06 AV 0257 nömrə nişanlı TIR çevrilib.
Qəza zamanı Musa Arabacının idarəçiliyilə Azərbaycanan gətirilən 7 ədəd avtomobil TIR-ın üstündən yerə aşıb.
Kıran Məhəlləsində baş verən qəzada sürücü xəsarət almasa da, bahalı avtomobillərin hamısı yararsız vəziyyətə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Yola dağılan avtomobillər və onların hissələrinin təmzilənməsinə başlanılıb.
Mənbə: ANSPRESS