Qvatemalada vulkan püskürməsi: ölü sayı 62-yə çatdı
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
"Reuters"in verdiyi məlumata görə, bu barədə Qvatemala hakimiyyətinin rəsmi nümayəndəsi bildirib.
Milli Məhkəmə Tibbi İnstitutunun rəsmi nümayəndəsi Mirna Seledon bildirib ki, həlak olanlardan yalnız 13-nün kimliyi müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl 38 nəfərin öldüyü bildirilirdi.
Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Fueqo Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşir.
Onu da qeyd edəki, Fueqo vulkanı iyunun 3-dən püskürməyə başlayıb.
Mənbə:> Reuters