Benson daha yüksək titullara gözünü dikib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Benson daha yüksək titullara gözünü dikib

Benson daha yüksək titullara gözünü dikib


Qordon Benson: "Qarşıda iştirak etməli və qazanılası çox yarışlar var"

AzNews.info xəbər verir ki, Bilgəh Çimərliyində kişilər arasında keçirilən triatlon yarışının qızıl medalını qazandıqdan sonra Qordon Benson mətbuat işçilərinə açıqlama verib. Yarışı qalib kimi birtirən Benson deyib ki, Böyük Britaniyanın Avropa Oyunlarındakı ilk qızıl medalını qazandığı üçün çox xoşbəxtdir.

O, qələbəyə görə komanda yoldaşlarına da təşəkkür edib:

Triatlon fərdi idmandır, lakin mən bunu öz komanda yoldaşlarım olmadan edə bilməzdim. Bu gün etdiklərinə görə onlara çox borcluyam.
-Qordon Benson


Benson deyib ki, o, elə qələbə üçün Bakıya gəlib. "Böyük Britaniya komandasının və qalib komandanın bir hissəsi olmaq əla hissdir" deyən çempion adının favoritlər arasında olmadığını etiraf edir: "Siz yarışı qazanmaq ehtimalı olan 10 müxtəlif idmançının adını yaza bilərdiniz. Mən isə həmin 10-luqda öz adımı yazmazdım".

O, qızıl medaldan sonra da mübarizəsini davam etdirəcəyini, daha yüksək titullar uğrunda yarışacağını açıqlayıb: "Qızıl medalı qazanmaqla dünya dayanmır. Artıq 2 gün sonra çərşənbə axşamı İsveçrə dağlarına təlim düşərgəsinə yollanacağıq. Burada bundan zövq almaq əla olsa da, qarşıda iştirak etməli və qazanılası çox yarışlar var. Beləliklə, irəli."

Hələ əvvəldən demişdik ki, hər şeyi düzgün yerinə yetirsəm və öz kartlarımızı düzgün oynasaq, mənim qələbə qazanmamağım üçün heç bir səbəb yoxdur. Belə də etdim və Böyük Britaniya komandası üçün qızıl medalı qazandım.
-Qordon Benson

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *