Bakı-2015: 2 güləşçimiz finalda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Bakı-2015: 2 güləşçimiz finalda – YENİLƏNİB

Bakı-2015: 2 güləşçimiz finalda


Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2*:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2.

Oxu.Az xəbər verir ki, pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Lakin o, 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib - 3:2. O, finalda serbiyalı Viktor Nemeslə qarşılaşacaq. Döyüş saat 19:35-də başlayacaq.

Qeyd edək ki, komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti finala vəsiqqə qazanıb. O saat 20:17 türkiyəli Riza Kayaalp ilə qarşılaşacaq.

14:50

Dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0.

Oxu.Az xəbər verir ki, həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, bürünc medal uğrunda döyüşəcək.

14:26

Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib - 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb - 5:0.

Oxu.Az xəbər verir ki, Sabahın həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olacaq. Döyüş 20:17-də başlayacaq.

Digər həmyerlimiz Həsən Əliyev yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq.

13:59

Yunan-Roma güləşində 66 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Həsən Əliyev 1/4 final mərhələsində Belarus güləşçisi Mixail Semyonovla qarşılaşıb.

Oxu.Az xəbər verir ki, rəqibinə 3:0 hesabı ilə qalib gələn H.Əliyev yarımfinala vəsiqə qazanan ilk güləşçimiz olub.

Ən ağır - 130 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Sabahi Şəriəti 1/4 final mərhələsində Gürcüstan güləşçisi Yakobi Kajaya ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada güləşçimiz 5:2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

12:15

Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.

İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəcəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Bundan başqa, bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.

11:20

Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.

Oxu.Az xəbər verir ki, Bakı 2015 birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.

İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Bundan başqa bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.

10:44

“Bakı-2015” birinci Avropa Oyunları davam edir.

Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Həsən Əliyev (66 kq) gürcüstanlı Saçino Davitaia, Elvin Mürsəliyev (75 kq) Slovakiya təmsilçisi Riçard Riqo, Saman Təhmasibi (85 kq) italiyalı Fabio Parisi, Sabah Şəriəti (130 kq) isə Ukrayna güləşçisi Mikola Kuçmi ilə qarşılaşacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *