Xızıda “Prado” aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Xızıda “Prado” aşdı - 4 yaralı + Yenilənib

Xızıda “Prado” aşdı


Xızıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, qəza Giləzi-Xızı yolunda qeydə alınıb.

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

***

Gecə saatlarında Xızı-Xələc yolunda “Toyoto Prado” markalı avtomobilin aşması nəticəsində 4 nəfər yaralanıb.

Yollar buz bağladığına görə avtomobil sürüşərək yoldan çıxıb və nəticədə bir neçə dəfə aşıb.

Xızı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Behtaş Nəbiyevin “Report”a verdiyi məlumata görə, hadisə zamanı maşında 6 nəfər olub, onlardan üçü yüngül xəsarət alıb, daha bir nəfərin isə omba sümüyü qırılıb.

Onun sözlərinə görə, yaralılardan ikisi Xızı MRX-da qalıb, digər iki nəfər Sumqayıt şəhər xəstəxanasına göndərilib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *