Yanan binanın təmir edən şirkət dəyişdirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yanan binanın təmir edən şirkət dəyişdirildi

Yanan binanın təmir edən şirkət dəyişdirildi


Aprelin 10-da Xətai rayonu Zığ yolu 16 ünvanında yanan 9 mərtəbəli binanı təmir edən şirkət dəyişdirilib.

AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, bu barədə Xətai RİH-in başçısı Razim Məmmədov bildirib. Belə ki, sakinlər məlum yanğın hadisəsindən sonra binalarında aparılan təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər. Eyni zamanda Binəqədi rayonunda baş vermiş yanğın ilə əlaqədar sakinlərə ayrılmış kompensasiyanın onlara da şamil olunmasını xahiş ediblər.

Bir qrup zərərçəkəni qəbul edən icra başçısı onların qaldırdıqları bu məsələlərlə bağlı əlaqədar təşkilatlar qarşısında vəsatət qaldırıldığını deyib. O, əlavə edib ki, artıq təmir işləri digər bir şirkətə həvalə edilib. Həmçinin sakinlərin diqqətinə çatdırılıb ki, bütün bu məsələlər dövlət başçısının və rayon icra hakimiyyətinin birbaşa nəzarəti altındadır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *