İtin sədaqəti görənlərin heyrətinə səbəb olur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

İtin sədaqəti görənlərin heyrətinə səbəb olur – VİDEO

İtin sədaqəti görənlərin heyrətinə səbəb olur


İtə vəfalı heyvan deyirlər. Bu heyvanın insana olan bağlılığı hər zaman onun sədaqəti kimi başa düşülüb. Ancaq it yalnız insanlara qarşı deyil, həmcinslərinə qarşı da vəfalı və sədaqətlidir. Bunu indi sizə təqdim edəcəyimiz süjet də sübut edir.


İtin bir tayı ölsə də, digəri onun yanından ayrılmır. Gecə-gündüz ölü itin yanında qalan o biri it sadəcə nəsə yeyəndə və ya su içməyə gedəndə leşdən bir neçə metr aralanr.


Maraqlı hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində lentə alınıb. Bir həftə öncə yolu keçən iki itdən birini avtomobil vurub. Ölmüş itin leşi yolun kənarına düşüb. Maraqlı orasıdır ki, sağ qalmış it ölmüş itin yanından ayrılmır. Şüursuz hesab etdiyimiz bu heyvanın sədaqəti görənlərin heyrətinə səbəb olub.


Həmin ərazidə meyvə satan Qılman İbrahimov deyir ki, ilk günlər ölmüş itin sanki keşiyini çəkən heyvana acından ölməmək üçün qida atsalar da, o, bunu yeməyib.


İndi yol kənarından ayrılmayan bu itə elə yoldan ötən sürücülər yemək verirlər.


AzNews.info Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Pandora Bracelets and a number of other natural supplies, We're incredibly excited to offer you a huge selection of for sale.
Cheap Pandora Bracelets
Cheap Pandora Sale
Buy pandora charm

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *