40 minlik qızıl saat taxan it » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Foto

40 minlik qızıl saat taxan it – FOTO

40 minlik qızıl saat taxan it


Çinin ən nəhəng şirkətlərindən biri olan "Dalian Wanda" şirkətinin rəhbərinin oğlu internetdə öz itinin şəklini paylaşıb. Lakin bu şəkil böyük narazılığa səbəb olub.

ANS PRESS-in məlumatına görə, insanların etirazına səbəb Keke adlı itin hər iki pəncəsində qızıl Apple saatlarının olmasıdır. Bu saatların qiyməti isə nə az, nə çox 250 min yuandır (təxminən 40 300 dollar) ki, bu da Çində varlılarla kasıblar arasındakı fərqi bir daha göstərir.

Şəkillər itin adına yaradılmış bloqda paylaşılıb. Sahibi Vanq hətta itin adından status da yazıb: "Mənim yeni saatlarım var! Əslində mənim 4 saatım olmalı idi. Amma bu, çox kobud görünəcək deyə, mən sadəcə ikisini taxdım. Birini isə ona görə taxmadım ki, bu, mənim statusuma uyğun olmaz. Bəs sizin necə, heç olmasa bir saatınız varmı?"

Bu paylaşım sosial şəbəkə istifadəçilərini çox qəzəbləndirib. Çində varlılarla kasıblar arasında necə böyük bir fərqin olduğu isə şərhlərdən də aydın görünür. İzləyicilərdən biri buna qəzəblənərək belə bir şərh də yazıb: "Hələ də dövrümüzdə yemək tapa bilməyən, aclıqdan əziyyət çəkən insanların olduğu bir vaxtda qızıl qaşıqlara pul xərcləyən axmaqlar var. Dünya düzələn deyil".

Başqa bir sosial şəbəkə istifadəçisi isə "hətta itin belə qızıl Apple saatı var. Amma mənim heç adi Apple sport saatım da yoxdur" yazıb.

Qeyd edək ki, 27 yaşlı Vanq tikinti sahəsinin ən nəhəng şirkətlərindən biri olan "Dalian Wanda Group"un sədridir. "Forbes"in siyahısında o, 37,7 milyard sərvəti ilə 30-cu yerdədir.

40 minlik qızıl saat taxan it
40 minlik qızıl saat taxan it
40 minlik qızıl saat taxan it

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *