Dünyanın ən qalmaqallı 18+ kinosu Bakıda » AzNews.info -Xəbər portalı

Dünyanın ən qalmaqallı 18+ kinosu Bakıda – VİDEO

Dünyanın ən qalmaqallı 18+ kinosu Bakıda


Böyük ekranlara gəlməyi ilə qalmaqallara səbəb olan “Bozun 50 çaları” bədii filmi bu gündən etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq.

ANS PRESS-in məlumatına görə, kinosevərlərin və kinotənqidçilərin səbirsizliklə gözlədiyi film bakılı tamaşaçılara 3D formatında təqdim olunacaq.

Filmin rejissoru Sem Teylor – Conson, E.L. Ceymsin eyniadlı roman-bestselleri əsasında çəkib. Ekran əsəri dram və melodram janrlarının remiksidir. Filmdə Anasteyşa rolunu ifa edən, hollivud ulduzları Melani Qriffit və Don Consonun qızı – Dakota Conson bu ekran əsərini möcüzəvi məhəbbət nağılı adlandırıb.

Baş qəhrəman, Anasteyşa Stil yaxın rəfiqəsi və qrup yoldaşı Keytlə birgə kirayə evdə qalırlar. Universitetdə buraxılış imtahanına bir həftə qalmış, Anasteyşa xəstələnən rəfiqəsinin xahişi ilə, cazibədar milliarder Kristian Qreydən müsahibə almağa gedir. Cox da uğurlu alınmayan müsahibədən sonra, Anasteyşa cavan milliarderlə bir qaha görüşəcəklərini ağlına belə gətirmir. Gözlənilmədən Qrey gənc qızın işlədiyi mağazada peyda olur və bu gəliş onların tanışlıqlarına davam verir. Müddət keçdikcə Anasteyşa varlı Qreyin gizli seksual hissləri haqda öyrənir...

Filmdəki obrazları aktyorlar Ceymi Dornan, Dakota Conson, Lyuk Qrayms, Viktor Rasuk, Eloiza Mamford, Marşa Qey Harden, Rita Ora, Maks Martini, Kallum Kit Renni, Cennifer İli və başqaları canlandırıb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *