Ukraynada polislər arasında "səhv" atışma » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Ukraynada polislər arasında "səhv" atışma

Ukraynada polislər arasında "səhv" atışma

Ötən gecə Ukraynada faciəli hadisə baş verib, 5 polis əməkdaşı həlak olub.

APA-nın məlumatına görə, bu barədə deputat Anton Qerşenko Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kiyevin Brovarsk rayonunun Knyajiçi qəsəbəsində paytaxt polisinin cinayət-axtarış bölməsi sistemli olaraq şəhər sakinlərinin evlərini talan edən quldur dəstəsinin üzvlərinin yaxalanması əməliyyatı hazırlayıb. Cinayətkarların növbəti hədəfinin Knyajiçi qəsəbəsində olacağı barədə operativ məlumat alınıb və həmin yerə cinayət axtarış bölməsinin qrupu və xüsusi təyinatlılar yollanıb. Knyajiçi qəsəbəsindəki küçədə şəxsi evlərdən birində polis kəşfiyyatçıları yerləşdirilib. Kəşfiyyatçıların vəzifəsi şəraiti izləmək və lazımi məqamda cinayətkarların cinayət başında saxlanması üçün xəbər vermək olub. Lakin...

Təsadüfən polislərin olduğu evlə qonşu olan bir evdə mühafizə üçün avtomatik rejimdə quraşdırılmış siqnalizasiya sistemi işə düşüb. Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib və qonşuluqdakı evdə olan iki polis kəşfiyyatçısını saxlayıblar. Həmin vaxt isə cinayətkarların saxlanılması üçün mikroavtobusda hazır vəziyyətdə saxlanılan xüsusi təyinatlılar polis kəşfiyyatçılarının bədbəxtliklə üzləşdiyini, cinayətkarlar tərəfindən saxlanıldığını güman edərək ora gəliblər. Daha sonra xüsusi təyinatlılarla mühafizə polisləri arasında atışma olub. Nəticədə 2 mühafizə polisi, iki polis kəşfiyyatçısı və bir xüsusi təyinatlı ölüb.

Həmin vaxt yaxınlıqdakı atışma səsini eşidib talan planlarını təxirə salaraq “Toyota Land Cruiser 200” markalı iki avtomobillə qaçmağa çalışan cinayətkarlar da Kiyevdə saxlanılıblar. Onların üzərində odlu silah aşkarlanıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *