Peruda 96 polis əməkdaşı cinayətkarların qətlində şübhəli bilinir
Qətllər barədə əmrin mayor tərəfindən verildiyi bildirilir.
Peruda cinayətdə şübhəli bilinən 27 nəfərin qətlində şübhəli şəxs qismində 96 polis əməkdaşı təhqiqata cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “La Prensa” portalı məlumat yayıb.
Portalın məlumatına görə, söhbət 2011-2015-ci illəri əhatə edən dövrdən gedir. Həmin dövrdə yerli polisin 16 böyük və 80 kiçik zabiti cinayətdə şübhəli bilinən ayrı-ayrı şəxsləri öldürüblər.
Polislər qətllərdən sonra rəhbərliyə bildiriblər ki, guya cinayətkarlar əmrə tabe olmaqdan imtina edərək silahlı müqavimət göstəriblər və buna görə məhv ediliblər.
Mənbə:> Oxu.az