Bağla

AzNews.info



Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər – FOTO

Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər


Sumqayıtda “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” həyata keçirildi

Sentyabrın 4-ü tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Xalça Muzeyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Elmin Fərruqovun “C” kateqoriyası üzrə icra etdiyi “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihənin açılış mərasimi keçirilib.

AzNews.info xəbər verir ki, tədbiri layihənin rəhbəri Elmin Fərruqov açarq gəncləri salamlayıb və layihə haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ - bəndinə əsaslanaraq, “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” layihəsi çərçivəsində həyata keçirilib. Onun sözlərinə görə layihədə əsas məqsəd, xalçaçılıq sənətini yaşatmaq və eyni zamanda gənclər arasında bu peşə sahəsinə olan marağı artırmaqdan ibarətdir. Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul və Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Səbinə Əzizova cıxış edərək mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında gənclərə ətraflı məlumatlar veriblər.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Sonda layihədə iştirak edən gənclərə məlumatın daha da yaddaqlan olması üçün bukletlər və sertifikatlar təqdim olunub. Həmçinin layihənin icrası müddətində yeniyetmə və gənclərə bu peşə haqqında ətraflı məlumatların verilməsi və gəncləri bu sahə ilə daha da yaxından tanış etmək üçün Azərbaycan Xalça Muzeyinə ekskursiyalar təşkil olunması nəzərə alınıb.

Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər
Sumqayıtda gənclər xalçaçılığın sirrlərini öyrəndilər

Mənbə: AzNews.info

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 sentyabr 2016 16:00
  • Yazan: online
For She health scheduling a family generic viagra online pharmacy priligy for MedicineNet Newsletters!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *