Qusarda futbol matçında dava düşdü » AzNews.info -Xəbər portalı

Qusarda futbol matçında dava düşdü – VİDEO (18+)

Qusarda futbol matçında dava düşdü


Dünən I Divizionun 18-ci turu çərçivəsində Qusarda oynanılan “Şahdağ” – “Ağsu” matçı qalmaqalla yadda qalıb.

AzNews.info rekord.az-a istinadən bildirir ki, hesab 1:1 olarkən oyunun son dəqiqələrində görüşün baş hakimi Xəlil Xəlilov qonaqların qapısına penalti təyin edb.

Eyni zamanda penaltiyə səbəb olan futbolçunu da meydançadan qovub. “Şahdağ” penaltidən fərqlənərək hesabda önə keçib.

Baş hakim də mərkəzi göstərib. Lakin bu zaman dördüncü hakim Anar Niyazov müdaxilə edərək baş hakimə bildirib ki, 11 metrlik cərimə zərbəsi yerinə yetirilən zaman “Ağsu”nun qırmızı vərəqə alan futbolçusu meydançanı tərk etməmişdi.

Buna görə də penalti yenidən vurulmalıdır. Baş hakim də köməkçisinin sözünə əməl edərək qolu ləğv edib və penaltini təkrarlayıb. İlk zərbədən fərqli olaraq, “Şahdağ” bu dəfə şansı qaçırıb.

Belə ki, təkrar zərbəni “Ağsu”nun qapıçısı dəf edib. Məhz bundan sonra qonaq futbolçular tribunalara yönələrək yerli azarkeşlərə qeyri-etik jest göstəriblər.

Bundan qəzəblənən qusarlı azarkeşlər isə meydana axışıb və əsl həngamə də bundan sonra başlayıb. Polisin də müdaxiləsi ilə dava-dalaşı güclə yatırmaq mümkün olub. "Ağsu" futbolçuları canlarını güclə qurtarıblar.

Bir məqamı da qeyd edək ki, “Ağsu” meydançanın bərbad durumunu əsas gətirərək matça 1 saat qalmış oyuna çıxmaq istəmirdi.

11:45

I Divizionun 18-ci turu çərçivəsində Qusarda oynanılan “Şahdağ” – “Ağsu” matçı qalmaqalla yadda qalıb.

AzNews.info rekord.az-a istinadən xəbər verir ki, düşən dava zamanı azarkeşlər meydançaya çıxıb, futbolçular isə qaçaraq canlarını qurtarıblar.

Qusarlı azarkeşlərin qəzəblənməsinə əsas səbəb “Ağsu”nun futbolçusunun tribunadakılara qeyri-etik jest göstərməsi olub.

Videonun 16-cı saniyəsində bunu rahatlıqla görmək olur.

Həmin anların videosunu təqdim edirik:

Qeyd edək ki, videoda qeyri-etik sözlər işlədilib.


Mənbə: Rekord.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *