Düşməni qorxuya salan hədəfimiz » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Video

Düşməni qorxuya salan hədəfimiz – VİDEO

Düşməni qorxuya salan hədəfimiz


Türkiyənin İstanbul şəhərində “İDEF -2015” beynəlxalq müdafiə sərgisi işinə başlayıb. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi bu sərgiyə maraq böyükdür. Sərgiyə müdafiə sənayesi naziri Yavər Camalovla yanaşı fövqəladə hallar Naziri Kəmaləddin Heydərov, müdafiə naziri Zakir Həsənov və dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev də qatılıb.

Dünyanın müasir silah və hərbi texnikasının nümayiş edildiyi sərgidən ANS-in əməkdaşı da iştirak edir.

“İDEF -2015” beynəlxalq müdafiə sərgisi sayca keçirilən 12-ci sərgidir. Üç gün davam edəcək sərgidə 59 ölkədən 600-dən çox şirkət öz müdafiə təyinatlı məhsullarını nümayiş etdirəcək. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyin sərgidə 182 adda müdafiə təyinatlı məhsulunu nümayiş etdirir. Onların sırasında yeni silahlar, döyüş texnikası və digər döyüş vasitələri də var.

“Əvvəlki sərgilərdə olduğu kimi bu, sərgidə də qarşımızda duran əsas məsələ, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların beynəlxalq bazara təqdim etməkdir. Eyni zamanda dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparıb, Azərbaycanda yeni müdafiə təyinatlı məhsullar istehsal etmək üçün müasir texnologiya və avadanlıqların ölkəyə gətirilməsi istiqamətində müzakirələr aparıb razılıq əldə etməyi qarşımıza məqsəd qoymuşuq”, - deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirb.

“İDEF -2015” beynəlxalq müdafiə sərgisinin stendinin böyük bir hissəsində Azərbaycan istehsalı olan atıcı silahlar nümayiş olunur. Onların sırasında “İstiqlal” və bu silah ailəsindən olan müxtəlif çaplı snayper tüfəngləri, pulemyot, eləcə də yeni istehsal olunan 5,56 çaplı “M” avtomat silahı və piyada əlehinə 40 mm-lik qubaraatanda var.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *