Şəhid əsgərimiz dəfn edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial, Foto

Şəhid əsgərimiz dəfn edildi – FOTO

Şəhid əsgərimiz dəfn edildi


Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn edilib.

Aznews.info-un Report-a istinadən verdiyi məlumata görə, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü, əsgər Xəlilov Xanoğlan İntizam oğlu Şəmkir rayonun Şeidlər kənd qəbiristanlığında dəfn edilib.

Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid X.Xəlilovun məzarı üstünə əklil və qərənfillər qoyulub.

Qeyd edək ki, ailənin kiçik övladı olan X.Xəlilov 2016-ci ilin yanvar ayından Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsədə həqiqi hərbi xidmətdə olub. Onun hərbi xidməti başa vurmasına isə 5 ay qalıbmış.

Allah rəhmət etsin!

Şəhid əsgərimiz dəfn edildi
Şəhid əsgərimiz dəfn edildi
Şəhid əsgərimiz dəfn edildi

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *