19 yaşlı şəhid torpağa tapşırıldı – FOTO
Qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması və bununla da döyüş şəraiti yaranması nəticəsində şəhid olan əsgər dəfn edildi. O doğulduğu kənddə torpağa tapşırıldı.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Ordusunun əsgəri Elşən İsmayılov cəbhənin Fizuli istiqamətində şəhid olub. 19 yaşlı şəhidin dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri eyni zamanda rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak etdi. Əsgərlərin yaylım atəşi açdı və şəhid torpağa tapşırıldı.
Şəhid olan gənc əsgər
Ailənin dördüncü övladı olan Elşən Noyabrın 30-da qarşı tərəflə döyüşdə şəhid olub. O, həm hərbi xidmətdə, həm də doğulduğu kənddə vətənpərvər kimi yadda qalıb.
Şəhidin dəfn mərasimindən foto
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra o "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunacaq. İsmayılovlar ailəsinin dördüncü övladı olan şəhid bir müddət əvvəl anasını itirmişdi.
Əsgərlər yaylım atəşi açır
Mənbə:> ANSPRESS