Daha bir şəhidimiz torpağa tapşırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Daha bir şəhidimiz torpağa tapşırıldı

Daha bir şəhidimiz torpağa tapşırıldı


Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 21 yaşlı Nurlan Bayram oğlu Əsgərov doğulduğu Masallı rayonunun Kalinovka kəndində dəfn edilib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, dəfn mərasimində N. Əsgərovun doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə səslənən çıxışlarda Vətən torpağı uğrunda canından keçən şəhidin qəhrəmanlığından, vətən sevgisindən söz açılıb. Bildirilib ki, N. Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib, düşmənlə ölüm-dirim mübarizəsində qəhrəmanlıqla həlak olub.

Şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb. Sonda onun xatirəsinə 3 dəfə yaylım atəşi açılıb, tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 6 aprel 2016 12:00
  • Yazan: baobao
We found this great guide and its fun to see and understand the classic expensive Replica Womens Handbags. This pictorial guide outlines the shapes of some of the most iconic brands and what they generally look like. Now you know what they look like and can be the expert, from the Designer Replica Handbags, Discount Designer Replica Handbags to the Burberry’s Check Tote Bag, these are classics. I even looked at some of these and said oh…so that’s what it looks like.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *