Putindən sülh planı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putindən sülh planı

Putindən sülh planı


Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində sülhə dair fəaliyyət planını təqdim edib.

ANS PRESS-in məlumatına görə, Monqolustan paytaxtı Ulan Batorda çıxış edən Putin həm Ukrayna hökumət qüvvələri, həm də üsyançıların ağır döyüşlərin getdiyi Donetsk və Luqansk regionlarında əməliyyatlara son qoymalı və hökumət qüvvələrinin əhalinin məskunlaşdığı əraziləri artillerriya atəşinə tutula bilmədiyi yerləyə çəkilməli olduğunu bildirib.

Rusiya lideri atəşkəsə beynəlxalq ictimaiyyət tərəfəndən hərtərəfli və obyektiv nəzarətin təmin edilməsinə, mülki ərazilərdə hərbi aviasiyada istifadə edilməsinə qadağa qoyulmasını, hərbi əsirlərin qeyd-şərtsiz dəyişdirilməsinə, qaçqınların hərəkət edə bilməsi və yardımın çatdırılması üçün humanitar dəhlizin açılmasına və zərər dəyimiş infrastrukturun bərpası üçün təmir briqadalarının göndərilməsinə çağırıb.

Ukrayna və NATO Rusiya əsgərləri və zirehli texnikanın son günlər sərhəd bölgəsini keçməsi nəticəsində üsyançılara qarşı üstünlük əldə edən Ukrayna birləşmələrinin geri çəkilməli olduğunu bildirib. Moskva Ukrayna ərazisində hərbi mövcudluğunu dəfələrlə inkar edib.

Ukraynanın Baş naziri Arseni Yatsenyuk Putinin planını NATO sammitindən əvvəl beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi adlandıraraq, bunun Ukraynada hərəkətlərinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin qarşısını almaq məqsədilə edildiyni bildirib.

Bu arada ABŞ Dövlət Departamentindən də Putinin planına şərh gecikmədi. Mətbuat konfransında danışan Departament rəsmisi Cen Psaki RF prezidentinin sülh planını münaqişənin həlli üçün kifayət etmədiyini bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *