Erməni ekspertdən tarixi etiraf: "Aprel müharibəsi zamanı…" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Erməni ekspertdən tarixi etiraf: "Aprel müharibəsi zamanı…"

Erməni ekspertdən tarixi etiraf: "Aprel müharibəsi zamanı…"


"Biz aprel müharibəsi zamanı Rusiyanın İrəvandakı səfirliyi qarşısında hansısa aksiyalar görmədik. Bu, sadəcə fəlakətdir".

AzNews.info axar.az-a istinadən xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında erməni politoloq Levon Şirinyan söyləyib.

"Kremldə bunu yaxşı görürlər. Artıq Rusiya səfirliyi də öz adından Moskvaya hesabat göndərərək bildirib ki, bu xalq öz tarixi təcrübəsindən heç bir dərs götürməyib. Belə xalqla dost kimi davranılmır, onu bilərəkdən hər işdə istifadə edirlər. Artıq beşinci kolonun da Ermənistanda edəcək heç bir işi qalmayıb. Kreml anlayır ki, bu insanlar (ermənilər nəzərdə tutulur - red.) təkcə onların vətəndaşı deyillər, həm də mülkləridirlər. Onlar daha Ermənistanda hədər yerə pul xərcləməyəcəklər" - deyə o bildirib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *