ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı haqda

ABŞ səfirliyi Ermənistanda viza saxtakarlığı haqda

ABŞ-ın Yerevandakı səfirliyi Ermənistan vətəndaşlarının bu ölkəyə viza almaq üçün etdikləri dələduzluq sisteminin sxemini açıqlayıb.

Səfirliyin məlumatına əsasən, ABŞ vətəndaşı Stele Boyacyana və Ermənistan vətəndaşları - Diana Qriqroyan və Qraç Atoyana qarşı viza ilə bağlı dələduzluq ittihamı irəli sürülüb.

İttihama görə, onlar rüşvətlə Ermənistandan vətəndaşların qanunsuz yolla ABŞ-a çıxışını təşkil edirmişlər. Onlarda nadir hallarda verilən “R-3” tipli viza olub.

“Bu tip viza, adətən, Ermənistanın mədəni irsini ABŞ-da təqdim etmək üçün erməni sənətşünaslarına, mədəniyyət xadimlərinə, musiqiçilərinə və ifaçılarına verilir”, - deyə səfirlikdən bildirilib.

Onlar müraciət edənləri müsabiqə zamanı veriləcək suallara hansı cavabı verməklə bağlı təlimatlandırır, özlərini incəsənət adamı kimi təqdim etmələrini deyirmişlər. İttiham olunanlar Ermənistan vətəndaşlarını ABŞ-a mədəniyyət və incəsənət xadimi kimi aparırmışlar.

Stele Boyacyan və Qraç Atoyan mühakimə olunacaq, Diana Qriqroyan barəsində isə axtarış elan edilib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *