Serj iki oynaş arasında qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Serj iki oynaş arasında qalıb

Serj iki oynaş arasında qalıb


Ermənistan eyni vaxtda iki qucaqda oturmaq istəyir.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, hazırda İrəvan Avropa Birliyi (AB) ilə əməkdaşlığın inkişafı haqqında danışıqlar aparır. Həm də nazir deyib ki, Kremli əsəbiləşdirməmək üçün bu, Ermənistanın Avrasiya İttifaqına girdiyi zaman götürdüyü öhdəliklərə zidd olmayan çərçivədə mümkündür.

Ekspertlərin fikrincə, rəsmi İrəvan hakimiyyət başından oturanların günahı üzündən respublikanın düşdüyü iqtisadi bataqlıqdan çıxmaq üçün kimlə gəldi əməkdaşlıq etməyə hazırdır. Erməni KİV-ləri dəhşətli faktlar açıqlayırlar. Məsələn, əsas qida məhsulu olan çörək təkcə fevral ayında 6,5% bahalaşıb. Ehtimal edilir ki, qiymət artımı martda da davam edəcək. İrəvanda bu barədə lətifə də düşünüblər. Deyirlər ki, bizdə çörək bahalaşmayıb, sadəcə, çəkisi iki dəfə azalıb.

Yarma, ət və pendirin də qiyməti ciddə şəkildə artıb. Hətta adi məişət cihazları da ciddi şəkildə bahalaşıb. Üstəgəl, 50 min erməni ailəsi Rusiyadan gələn rubllardan məhrum olub. Erməni miqrantları Rusiyadan öz evlərinə qovulduğuna görə işsiz qalıblar.

Buna görə də, bir çox iqtisadçılar hesab edirlər ki, Ermənistan eyni vaxtda bu iki qucaqda otura bilməyəcək. Çünki bu iki qurum - Avropa Birliyi və Avrasiya İttifaqı yetərincə fərqli yollarla gedir.

Ermənistan yaxın gələcəkdə daha bir hücumla üz-üzə qala bilər. Bəllidir ki, Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının vahid valyutasının yaradılması üçün tapşırıq verib. Bu, Ermənistan üçün ciddi problemə çevrilə bilər. Çünki ölkə milli valyutası dramdan məhrum olaraq Rusiya rubluna keçə bilər.

Ekspertlərin fikrincə, bu, Ermənistanda ciddi siyasi təlatümə gətirə bilər ki, nəticədə yalnız hakimiyyətdəkilər deyil, həm də xarici siyasət istiqaməti dəyişə bilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *