Putin Kiyevi 3 saata alacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Putin Kiyevi 3 saata alacaq

Putin Kiyevi 3 saata alacaq


Kiyev meri Vitali Kliçko şəhərin Kreşatik prospektində keçirilən mitinqdə Vladimir Putinin şəhəri 3 saata ala biləcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, sosial müavinətlərin azaldılmasının əleyhinə keçirilən mitinqdə etirazçıları sakitləşdirmək istəyən Kliçko nümayiş iştirakçılarını heyrətləndirib: "Kiyevi tutmaq üçün Putinə neçə saat lazımdır? Deyirlər üç saat, altı-yeddi saat", - deyə Kiyev meri bildirib.

Kliçko əlavə edib: "Amma o, bunu etməməlidir. Bəzi qüvvələr var…". Sonra isə o, qəfildən səsini kəsib.

Kliçkonun çıxışı sosial şəbəkələrə yerləşdirildikdən sonra ciddi şərhlərə səbəb olub. Bəziləri onun dövlət sirrini açdığını ehtimal edib, bəziləri isə Kliçkonun Kiyevi 7 saata Putinə verməyə hazırlaşdığını vurğulayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *