İŞİD ABŞ-dakı kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb » AzNews.info -Xəbər portalı

İŞİD ABŞ-dakı kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb – FOTO

İŞİD ABŞ-dakı kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb


İŞİD terror qruplaşması Kaliforniya ştatının San-Bernardino şəhərindəki kütləvi qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, terror təşkilatının iki davamçısı bir neçə gün əvvəl San-Bernardino şəhərindəki mərkəzə hücum edib.

Onlardan biri Seyid Rizvan Faruk azı iki terror təşkilatı, o cümlədən “Əl-Qaidə” və “Cəbhat ən-Nusra” ilə əlaqədə olub. Həmçinin onunla birgə hücumda iştirak etmiş həyat yoldaşı Taşfin Malik hücumdan əvvəl “facebook” sosial şəbəkəsində İŞİD lideri Abu-Bəkr əl-Bağdadiyə sədaqət andı içdiyini əks etdirən status paylaşıb.

Xatırladaq ki, atışma dekabrın 2-də baş verib. Cinayətkarlar şəhərdəki sosial təminat mərkəzinin konfrans zalına daxil olaraq orada olanlara atəş açıblar. Nəticədə 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb. Atəş açan şəxslər zərərsizləşdirilib.

İŞİD ABŞ-dakı kütləvi qətlə görə məsuliyyəti üzərinə götürüb

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *