Süni peykimizdən Ərdoğana dəstək » AzNews.info -Xəbər portalı

Bölmə: Media

Süni peykimizdən Ərdoğana dəstək

Süni peykimizdən Ərdoğana dəstək


TRT kanalı Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən baş tutmuş andiçmə mərasimi yayımı milli peykimiz “Azərspace-1”dən istifadə etməklə gerçəkləşdirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) ANS PRESS-ə verilən məlumata görə, ümumilikdə, “Azərkosmos”un Türkiyə yayım bazarında göstərdiyi xidmətlər bir çox uğurlu layihələrin həyata keçməsinə yol açıb. Türkiyənin bir çox məşhur kanalında yayımlanan proqramlar “Azerspace-1” peykinin resurslarından istifadə edərək ekranlara gəlir.

Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. “LigTV” kanalında nümayiş olunan futbol və basketbol oyunlarını, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu ilin 25 avqust tarixində baş tutmuş “Fənərbahçe”-“Qalatasaray” final maçı “Azərspace-1” peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *