Uorlik: İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır » AzNews.info -Xəbər portalı

Uorlik: İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır

Uorlik: İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır


“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın dövlət katibinin Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırda mümkün olmadığı barədə sözlərini şərh edərkən deyib.

O bildirib ki, digər məsələ status məsələsidir:

“Eyni zamanda, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir. Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq.

Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.

C.Uorlik vurğulayıb ki, münaqişənin həlli bütün regionun xeyrinə olacaq.

ATƏT MQ həmsədri qeyd edib ki, tərəflər arasında növbəti sammitin keçirilməsi haqqında müzakirələr aparılır və Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşə hazır olduğunu bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 noyabr 2016 12:20
  • Yazan: scalett
The 'Dolce Vita' alternation are ladies' replica watches with a arced case that is acutely prominent. You can aces the punch of your best and aswell the straps or bracelets. The 'Longines Evidenza' is a able watch that has a arresting ability and is accessible in solid gold or steel. To add added allure to it, you can opt for architectonics dials. Honour Replique Montre Cartier yourself with these constant pieces that are symbols of sophistication.Cleaning your sports watch aswell accessible to extend the activity of your watch.Yet men abide defiantly shackled to the wristwatch, as admired in the assize of developed connoisseurship as cars, confined and cigars. A admirable anxiety makes the ultimate developed accessory. Try to apple-pie your watch with the admonition of mild soap rolex replica watches and acclamation mild water. Complete mild baptize could be adverse to your watches.Try to adopt those wrist ornaments which admission the amore of swapping strap. In actuality swapping straps at http://www.perfectreplicawatches.co.uk can accompany new activity into old and abortive watches. You can crop advantages of this buy replacing the old one with new ones. With this amore you can admission the advantage of acclimatized colors according to you.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *