Qənirə Paşayeva: “Almaniya parlamenti öz əcdadlarının tarixinə baxsın” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Qənirə Paşayeva: “Almaniya parlamenti öz əcdadlarının tarixinə baxsın”

Qənirə Paşayeva: “Almaniya parlamenti öz əcdadlarının tarixinə baxsın”


Hurriyyet.org xəbər verir ki, dünən Bundestaqın qondarma “erməni sıyqırımı”nı tanıdığını bildirən qətnaməni qəbul etməsindən sonra, buna etirazını bildirənlərdən biri də millət vəkili adına həqiqətən də layiq olan Qənirə xanım Paşayeva olub.

O, alman parlamentinin üzvlərini yaxın tarixdəki alman və erməni faşizminə göz yummaqda və türk xalqına böhtan atmaqda qınayıb. Qənirə xanım “Fesybuk” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Almaniya Parlamentinin qondarma “erməni soyqırımı” yalanları ilə bağlı qərarına Azərbaycan Türkləri olaraq etiraz edir və bu qərarı qınayırıq. Ermənilərin 20-ci əsrin əvvəllərində Anadoluda və Azərbaycan torpaqlarınsa, 20-ci əsrin sonunda Xocalıda törətdiyi soyqırımı görmək istəməyənlərin qondarma “erməni soyqırımı” yalanları ilə bağlı aldığı qərarların arxasında dayanan böyük maraqları, təhlükəli plan və niyyətləri hamınmız bilirik. Almaniya bu qərarla sadəcə Türkiyəyə zərər vurmadı Azərbaycana, bütün Türk dövlət, toplumlarımıza, bir sözlə bütün Millətimizə qarşı böyük ədalətsizlik etdi. Türk millətinin şərəfli keçmişi var və bizim utanacaq heç bir şeyimiz yoxdur amma Almaniya parlamenti yaxşı olardı ki öz əcdadlarının tarixinə baxardılar. Utanacaq çox şey var. Almaniya bu qərarla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun üzvü kimi obyektiv rol oynaya biləcəyi ilə bağlı düşüncələrə də böyük zərbə vurdu. Artıq heç bir Azərbaycan Türkü Almaniyanın obyektiv rol oynaya biləcəyinə inana bilməz. Bu qərarla Türkiyəyə zərbə vurduqlarını düşünənlər bilməlidir ki, dünyanın hər yerində yaşayan türk insanı olaraq sizin inadınıza daha da çox Türkiyənin yanındayıq. Sizin bu yalanlarınızı da, qərarlarınızı da Türk millətinin övladları olaraq heç bir zaman qəbul etməyəcək və hər zaman mübarizə aparacağıq. Sosial şəbəkədə bir alman sivil toplum təşkilatı başqanı “mənə amma parlamentdə dəstək verən türklər də olub” deyə yazıb. “Buna dəstək verən bizdən ola bilməz” deyə yazdım. Mən şəxsən bu millətin bir övladı kimi bunu açıq şəkildə söyləyirəm. Bu cür adamlar bizim millətdən olduğunu söyləyə bilər, amma bizdən deyil! Və belələrinə qarşı hər zaman ciddi mövqeyimizi ortaya qoymalıyıq. Bütün insanlarımız, gənclərimiz sosial mediada bu qərara səs vermiş Almanya millət vəkillərinə öz etirazlarını yazmalı və nə qədər böyük bir səhvə yol verdiklərini söyləməlidirlər. Almaniyada yaşayan yüzminlərlə Türk insanı isə bundan sonra bu yalanlarla daha da aktiv mübarizə aparmalıdırlar və əsl gerçəkləri, Xocalı soyqırımını daha da çox anlatmalıdırlar”.

Mənbə: Hurriyyet.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *