Elman Rüstəmov manatın gələcəyindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Elman Rüstəmov manatın gələcəyindən danışdı

Elman Rüstəmov manatın gələcəyindən danışdı

“Azərbaycan manatının fevral ayında baş verən korreksiyasından sonra milli valyutamızın məzənnəsi sabitləşib”.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) deyib.

"Son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır" - deyə E.Rüstəmov bildirib.

Baş bankir qeyd edib ki, onun rəhbərlik etdiyi tənzimləyici orqan son iki ayda valyuta ehtiyatlarını artırmaqdadır: “Biz 120 milyondan artıq valyuta (ABŞ dolları-red.) almışıq. Təxminən 300 milyon dollardan da çox bizim banklarla əməliyyatımız oldu. Onlar öz valyutalarını bizə təklif etdilər, onun əvəzində biz bazarda manat təklifini, aclığını azaltmaq üçün banklara manat təklif etdik. Düzdür, onlar rəsmi ehtiyatlarımıza daxil olmasa da, düşünürük ki, həmin vəsait Mərkəzi Bankda qalacaq".

E.Rüstəmov onu da deyib ki, Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi ipoteka kreditləşməsinin şərtlərinin sadələşdirilməsi istiqamətində daha çox koordinasiyalı iş görür.

"Ölkə başçısı Nazirlər Kabinetinin son iclasında bununla bağlı bir daha öz tapşırıqlarını verdi. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə danışıqları yekunlaşdırıb. Deyə bilərəm ki, Maliyyə Nazirliyi ilə bizim aramızda bir konsensus var" - deyə E.Rüstəmov bildirib.

Baş bankir qeyd edib ki, yekun qərar qəbul olunmadığına görə o, yalnız gözlənilən yeniliklərin başlıca istiqamətlərini açıqlaya bilər. Onun sözlərinə görə, ilin sonuna kimi dövlət büdcəsindən ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə 200 mln. manat yönəldiləcək. Vəsait Mərkəzi Bankın krediti hesabına ayrılacaq, lakin Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.

“Bu vəsaitin müəyyən bir hissəsi sosial ipotekaya, müəyyən hissəsi isə kommersiya ipotekasının maliyyələşdirilməsinə yönəldiləcək” - deyə AMB rəhbəri bildirib.

E.Rüstəmov bildirib ki, yeniliklərdən biri də həm sosial, həm də kommersiya ipotekası üzrə faiz dərəcələrinin aşağı salınmasından ibarətdir: “Bundan başqa, əhali daha çox ipoteka kreditlərinin maksimal məbləğinin azlığından şikayət edirdi. Bu səbəbdən vətəndaşlar daha çox təkrar mənzil bazarına üz tutmalı olurdu. Bunu nəzərə alaraq, həm sosial, həm də kommersiya ipoteka üzrə maksimal məbləğləri 2 dəfə artırmağı nəzərdə tuturuq”.

Mərkəzi Bank rəhbərinin sözlərinə görə, gələn il ipoteka kreditlərinin maliyyələşdirilməsinə “daha əhəmiyyətli vəsait yönəldilə bilər və bununla bağlı da maliyyə naziri Samir Şərifovla danışıqlar olub”.

E.Rüstəmov qeyd edib ki, ipoteka kreditləşməsi ölkənin tikinti sektorunun inkişafına güclü təkan verə bilər ki, bu da ümumilikdə iqtisadi inkişafa müsbət təsir edəcək.

“Bununla yanaşı, məsələnin sosial tərəfi də var ki, əhalinin mənzil təminatı problemi öz həllini tapacaq” - deyə o bildirib (APA).

"Əhalinin kreditə olan tələbatı həddindən artıq böyükdür. İnsanlar kredit götürmək istəyirlər. Bunu çox ciddi araşdırmaq lazımdır. Bunun təbii ki, iqtisadi tərəfləri var. Amma sosial, psixoloji tərəfləri də mövcuddur. Mənə hərdən elə gəlir ki, kredit götürmək xətrinə də kredit götürürlər. Görünür ki, bu məsələ ilə sosioloqlar da bizimlə birgə məşğul olmalıdırlar” - deyə Elman Rüstəmov bildirib.

Sədrin sözlərinə görə, müəyyən əhali qrupunun maliyyə savadlılığı istənilən qənaətbəxş səviyyədə deyil, lakin bu, o demək deyil ki, bundan sui-istifadə olunmalıdır.

Mərkəzi Bankın sədri əhalinin kredit borclarının bağışlanması ilə bağlı yayılan şayiələrə də münasibət bildirib. O deyib ki, bankların verdiyi kredit başqa bir vətəndaşın puludur.

“Passiv vətəndaş pullarını banka qoyub, digər aktiv vətəndaş isə bu pulları götürüb. Sabahısı gün bu kredit qayıtmır. Kredit borclarının bağışlanmasını deyirlər. Kimin hesabına? Bank yalnız vasitəçidir. Bankın çox vaxt o qədər vəsaiti olmur. Bankın kapitalı bütövlükdə onun aktivlərinin 10%-ni təşkil edir. 90% çox vaxt vətəndaşların puludur. Kreditlərin bağışlanması ilə bağlı danışanda, mənəvi baxımdan düşünmək lazımdır” - Elman Rüstəmov deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:01
  • Yazan: Dede
Usi - April 15, 2012 22:05Super gun idi ve Bash Sponsoru Baltika-Baki ve Kuler Pivesi olan bir konserin after piysrtanin OTTO da olacaqini dusunem ancaq Azerilerin aglina geler. P.S. dostlar unutmayin meshurlarin after partysi onlarin otel suitleirnde olur )) Hercend ki, Ambassador Otelinin suiti elton Jhonun qaldigi Prezident suitinden defelerle kicik idi )))

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *