Bağla

AzNews.info



Bölmə: İqtisadiyyat

Samir Şərifov sığorta forumunda iştirak edəcək

Samir Şərifov sığorta forumunda iştirak edəcək


2015-ci ilin iyulun 2-3-də Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, forumda Maliyyə naziri Samir Şərifovun, Maliyyə Nazirinin müavini Azər Bayramovun, AR Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun və Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri, Millət vəkili Ziyad Səmədzadənin də iştirakı gözlənilir.

İki gün davam edəcək tədbirdə “Cari reallıq çərçivəsində Sığorta və Təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri”, “Qafqaz regionunda əmlak sığortası”, “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları”, “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar”, “Bank sığortası və həyat sığortası” panelləri üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, son məlumata görə, ümumilikdə forumda 25-dən çox ölkənin 250-dən artıq nümayəndəsi iştirak edəcək.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *