Türkiyədən yeni silikon vadisi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Türkiyədən yeni silikon vadisi

Türkiyədən yeni silikon vadisi


"3 milyon kvadratmetr ərazidə qurulacaq Türkiyənin ilk silikon vadisinin 150 min nəfərə məşğulluq yaradacağını hədəfləyirik".

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşık söyləyib. O bildirib ki, bu vadi Türkiyənin texnologiya gələcəyini inşa edəcək 2023-cü il üçün perspektivli layihələrindən biri olacaq:

"420 futbol meydançası böyüklüyündə olacaq layihənin 70 min kvadrat metr sahəsinin tikintisi üçün tender mərhələsinə gəlinib. Sentyabr ayının sonunda infrastruktur layihələrinin tenderini, 2015-ci ilin sonunda da tikintisini başa çatdırmağı planlaşdırırıq. Başqa bir adla informasiya vadisində yaşayacaq şəxslərin bütün ehtiyaclarına cavab verəcək məktəb, bağça, xəstəxana, məscid, bank, idman mərkəzləri və s. müəssisələr olacaq".

İnformasiya vadisinin adi bir texnologiya inkişaf zonası olmadığına işarə edən İşıq, bu layihənin Türkiyənin texnologiya gələcəyi üçün çox vacib olduğunu qeyd edib.

Silikon vadisinin qurulmasıyla əlaqədar ilk işlərə 2010-ci ildə başlanılıb. 2012-ci ildə isə vadinin Gəbzədə qurulması qərarı verilmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *