Azərbaycana gələn ərəblərin sayının artmasının SƏBƏBLƏRİ AÇIQLANDI » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycana gələn ərəblərin sayının artmasının SƏBƏBLƏRİ AÇIQLANDI

Azərbaycana gələn ərəblərin sayının artmasının SƏBƏBLƏRİ AÇIQLANDI


2016-cı ilin fevralın 1-dən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib, adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən AzNews.info-a bildirilib.

“Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, həmçinin Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması istiqamətində 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq Körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələr göstərməsinə təkan verib.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım alınıb.

Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınmışdır. Cari ilin ilk altı ayı ərzində 11028 nəfər İraq vətəndaşı ölkəmizə səfər etmişdir ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.

Beləliklə, işgüzar əlaqələri təşviq etmək və turist səfərlərini artırmaq məqsədilə son illərdə ölkəmizdə həyata keçirilən viza rəsmiləşdirilməsinə dair islahatlar, eləcə də hədəf bazarlar üzrə Azərbaycanın müsbət turizm imicinin yaradılması istiqamətində aparılan məqsədyönlü tədbirlər Ərəb ölkələri arasında Azərbaycanın prioritet turizm mərkəzlərindən birinə çevrilməsinə öz müsbət töhfəsini verib”, - deyə nazirlik qeyd edib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *