Türkiyədə müxalif partiya Zeynəb Xanlarovanın mahnısını seçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Türkiyədə müxalif partiya Zeynəb Xanlarovanın mahnısını seçdi – VİDEO

Türkiyədə müxalif partiya Zeynəb Xanlarovanın mahnısını seçdi


Türkiyədə referendum öncəsi təbliğat-təşviqat prosesi davam edir.

İstiPress-in məlumatına görə, partiyalar öz mövqelərini seçicilərə müxtəlif videoçarxlar, şüarlar və mahnılarla çatdırmağa çalışırlar.

Kamal Kılıçdaroğlunun rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) ötən gün geniş ictimaiyyətə təqdim etdiyi mahnı diqqəti çəkib. Təbliğat mahnısının melodiyası müəllifi Ələkbər Tağıyev olan “Sənə qurban” (“Sən Müşfiqin yanında...”) mahnısı ilə eynidir.

Sözləri dahi şairimiz Mikayıl Müşfiqə aid olan və ilk dəfə xalq artisti Zeynəb Xanlarovanın ifasında eşitdiyimiz bu mahnı məhz onun sayəsində bütün dünyada məşhurdur.

Bu musiqi əsasında türklərin məşhur "Mavi Boncuk" (“Mavi Muncuq") mahnısı da yazılıb. Mahnının sözləri Ülkü Akere məxsusdur.

Türkiyədə hələ də insanların əksəriyyəti mahnının əsl müəllifinin azərbaycanlı olmasından xəbərsizdir.




Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *