Rəis: Zeynəb Xanlarovanın gəlinini tanımıram » AzNews.info -Xəbər portalı

Rəis: Zeynəb Xanlarovanın gəlinini tanımıram

Rəis: Zeynəb Xanlarovanın gəlinini tanımıram


Bakıda Zeynəb Xanlarovanın gəlininin polis rəisi ilə münaqişəsi ilə bağlı xəbər vermişdik.

AzNews.info Criminal.az-a istinadən xəbər verir ki, məlumatda deyilirdi ki, bölmə rəisi Anar Şıxəliyev içkili vəziyyətdə Z.Xanlarovanın gəlini ilə mübahisə edib və sonra onu polisə gətirib.

Lakin Z.Xanlarovanın Ramil Usubova zəngindən sonra məsələ sakitliklə həll olunub.

Münaqişənin əsas iştirakçısı kimi adı hallanan, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev bildirdi ki, onun heç kimlə münaqişəsi olmayıb:

“Heç mən Zeynəb Xanlarovanın gəlinini tanımıram. Belə bir hadisə olmayıb, bölməyə heç kim gətirilməyib. Bilmirəm, belə məlumatları kim və haradan uydurur. Bir müddət əvvəl də yazmışdılar ki, Anar Şıxəliyev xidməti avtomobilində “KamAZ”ın altına girib”.

Qeyd edək ki, A.Şıxəliyev ötən il öz avtomobilində bıçaqlanmışdı. O, dostunun "Mercedes Gelandewagen" markalı avtomobili ilə Xutor qəsəbəsində “avtoş”luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan Anar Şıxəliyev yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə çavanlardan biri ona bıçaq xəsarəti yetirib.

Mənbə: Criminal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *