Bu gün Zeynəb Xanlarovanın doğum günüdür » AzNews.info -Xəbər portalı

Bu gün Zeynəb Xanlarovanın doğum günüdür

Bu gün Zeynəb Xanlarovanın doğum günüdür

Bu gün xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əslinin partiyalarını məharətlə ifa edən Z.Xanlarova estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. O, “Şahnaz”, “Qatar”, “Bayatı-Şiraz” təsniflərinin, habelə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev və digər bəstəkar mahnılarının mahir ifaçısıdır. Müğənninin özü də bir neçə mahnı bəstələyib.

Z.Xanlarova 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Ümumittifaq “Qızıl val” mükafatı laureatıdır. 1967-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına layiq görülüb.

Müstəqil Azərbaycanın “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif edilən Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 28 dekabr 2016 11:22
  • Yazan: yan
This rolex replica watches has a very classic look and has all of the things that you would expect from an replica watches Roger Dubuis, including automatic movement, a magnified quick-set date at the 3 o'clock position, and screw in links, making it easier to adjust. It also has sapphire crystal replica watches sale glass, allowing it to be able to stand up to anything that you need to put it through. For a more feminine look, the rolex replica sale is just the watch to look at. This beautiful replica watches has all of the same high quality extras as the man's version, but is made smaller, with a slight blue tint to the watch face, making it very feminine looking.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *