"Xanım müğənni kefli halda rəqs edərkən çəkib whatsApp-la dostuna göndərdi" » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

"Xanım müğənni kefli halda rəqs edərkən çəkib whatsApp-la dostuna göndərdi"

"Xanım müğənni kefli halda rəqs edərkən çəkib whatsApp-la dostuna göndərdi"


Qalmaqallı açıqlamaları ilə şou-biznesin bir çox sənətçilərinin canına vəlvələ salan prodüser Tolik yenə danışdı.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Bazar səhəri" proqramının qonağı olan prodüser maraqlı açıqlamalar verib.

Verilişin aparıcı Rövşanə Ağasəfqızının müzakirəyə çıxardığı mövzu videoçəkilişlərlə şəxsi həyata müdaxilənin fəsadları idi. Tolik ictimai yerlərdə video müşahidənin qurulmasının tərəfdarı, lakin bunun şəxsi mənafelərdə istifadə edilməsinin əlehyinə olduğunu bildirdi. Prodüser bəzi hallarda müğənnilərin xəbəri və icazəsi olmadan görüntülərinin çəkildiyinin şahidi olduğunu dedi: "Rusiyada bir müğənnimiz məclisdə yeyib-içib keflənmişdi. Sənətçi kefli halda rəqs edərkən məclisin sahibi çəkib whatsApp-la həmin xanım müğənninin Bakıdakı dostuna göndərdi. Belə şeylər olur.

Söhbət paparazzilərdən düşdükdə Tolik yerli sənətçilərin paxırlarını açıdı: "Bizim şou-biznesdə müğənnilərin çoxu videolarının, fotolarının yayılmasında özləri maraqlıdırlar. Hətta mən deyərdim ki, özləri bunu düzüb-qoşurlar. Türkiyədə paparazzi çəkənlər Hulya Avşarın sellülitini çəkmək üçün günlərlə onu izləyirlər. Bizdə müğənni özü gedib dayanır mostun qabağında ki, məni çəkin."

Rövşanə xanımın "İşlədiyiniz müğənnilərlə dost vaxtlarınızda səmimi videolarınız, səsyazmalarınızı aranız dəydiyinizdə şantaj kimi istifadə edərsiz?" sualına belə cavab verib: "Şantaj kimi heç vaxt, amma öz mənə sataşarsa ona kim olduğunu xatırlada bilərəm. Məni təhdid edən mesajları silmirəm. Yaşım 35-ə çatıb, artıq ağıllanmışam. Başım o qədər çəkib ki, artıq müğənnilərlə işləyəndə şəxsi münasibətləri işlə qarışdırmıram. Son işlədiyim müğənnilər Elton və Sevda ilə yalnız işlə bağlı söhbətlərimiz olub."

Tolik toylara cangüdənlə gedən sənətçilərə də söz atmağı unutmadı: "Elə müğənnilərimiz var ki, toya cangüdənlə gedir. Hətta cangüdənini özündən əvvəl məclisin içinə göndərir ki, baxıb görsünlər oradakıların əsli-nəcabəti kimlərdir. Ay bədbəxt, sənin öz əsl-nəcabəti bilinmir."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *