Tanınmış türk jurnalist həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Media

Tanınmış türk jurnalist həbs olundu

Tanınmış türk jurnalist həbs olundu


Türkiyədə Ərdoğan iqtidarının qatı tənqidçilərindən olan tanınmış jurnalist Mehmet Baransu evində aparılan 12 saatlıq axtarışların ardından həbs olunub.

Türkiyə mediasına görə jurnalist "Balyoz" dövlət çevriliş planı ilə bağlı prokurorluğa təqdim etdiyi sənədlərə görə saxlanılıb.

Jurnalistin vəkili faktı təsdiqləsə də, hələ ki, ittiham sənədinin tam məzmununun ona bəlli olmadığını deyib.

"Balyoz" qalmaqalı üzrə yüksək çinli zabitlərin həbsi məhz 2010-cu ildə Baransunun "Tərəf" qəzetində dərc etdiyi məxfi sənədlər əsasında gerçəkləşib.

Qalmaqalın böyüməsindən sonra Baransu planlaşdırılan dövlət çevrişi ilə bağlı kompakt diskə yazılmış məlumatları dövlət ittihamçılarına təqdim etməli olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *