Obama Trampa görə qəzəbləndi
ABŞ-ın sabiq prezidenti Barak Obama Donald Trampın telefon danışıqlarının dinlənilməsinə dair ittihamlarından qəzəblənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, martın 7-də, The Wall Street Journal nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbənin məlumatına görə, Obama respublikaçının sözlərini təhqir kimi qəbul edib, lakin yeni prezidentin hər ittihamına cavab vermək niyyətində olmadığını bildirib.
Mənbə:> Oxu.az