Barak Obama Vaşinqtonu tərk edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Barak Obama Vaşinqtonu tərk edib

Barak Obama Vaşinqtonu tərk edib


ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq vitse-prezident Co Bayden yeni dövlət başçısı Donald Trampın inauqurasiya mərasimindən sonra Vaşinqtonu tərk ediblər.

AzNews.info-nun APA-ya istinadla məlumatına görə, Obama andiçmə mərasiminin keçirildiyi ABŞ Konqresinin binasının qarşısından helikopterlə gedib.

Helikopter Hərbi Hava Qüvvələrinin Endrüs bazasına enib. Oradan isə Barak Obama ailəsi ilə birlikdə Kaliforniyaya istirahətə yollanıb. Bununla da Barak Obama prezident helikopteri ilə sonuncu dəfə uçmuş olub.

Co Bayden isə avtomobillə Delaver ştatındakı evinə yollanıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *