Obama ilk dəfə məscidə gedəcək
ABŞ Prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə ölkəsində məscidi ziyarət edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilib.
Məlumata görə, Obama Merilend ştatının Baltimor şəhərində yerləşən İslam Toplumu Məscidinə baş çəkəcək.
Prezident həmçinin Baltimorda yaşayan müsəlmanlarla görüşüb, dini etiqad azadlığı ilə bağlı çıxış edəcək.
Mənbə:> Axar.az