Azərbaycanlı deputat İran parlamentində “Azərbaycan” şeiri söylədi – VİDEO
İran parlamentində Azərbaycan milli geyimində çıxış edən Urmiya şəhərinin millət vəkili Hadi Bahaduri Cənubi Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb edib.
Oxu.Az Turkustan.info-ya istinadən xəbər verir ki, H.Bahaduri bildirib: “Biz İran Konstitusiyasının 15 və 19-cu maddələrinin tətbiq olunması və İranda Azərbaycan məktəblərində türk dilinin (Azərbaycan dili – red.) tədrisini tələb edirik. Prezident Həsən Ruhanidən xahiş edirik ki, vətəndaşlıq hüquqları çərçivəsində bu məsələnin ən qısa zamanda reallaşması üçün lazımi tədbirlər görülsün”.
O, həmçinin İran dövlət televiziyasında Azərbaycan türkcəsində ilk milli televiziya kanalının yaradılması təklifi ilə çıxış edib: “Biz Azərbaycan xalqı olaraq kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.
Millət vəkili çıxışını Səməd Vurğunun məşhur “Azərbaycan” şeirindən bir bənd söyləməklə bitirib:
Mənbə:> Oxu.az